Paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdıqları yataqxana binasında yanğın olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, hadisə nəticəsində dördmərtəbəli binanın 50 kvadratmetrlik hissəsi yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.