Kürdəmirdə baş verən ağır yol qəzasında bir ailənin altı üzvü xəsarət alıb.
YeniAvropa xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "KAMAZ" markalı yük maşınının sürücüsü Tovuz rayon sakini 59 yaşlı Məmmədov Dilqəm Allahverdi oğlu Bakı istiqamətində hərəkətdə olarkən arxadan sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil yük maşınının qoşqusuna çırpılıb. Nəticədə “Mercedes”də olan bir ailənin 6 üzvü - Bakı şəhər sakinləri 49 yaşlı sürücü Mustafayev Mübariz Əhməd oğlu, 35 yaşlı Mustafayeva Leyla Yasin qızı, 71 yaşlı Mustafayeva Dursun Məhəmməd qızı, 67 yaşlı Mustafayeva Bəsti Məhəmməd qızı, 13 yaşlı Mustafayeva Nəzrin Xəyyam qızı və 36 yaşlı İbrahimova Təravət Yasin qızı müxtəlif növ bədən xəsarətləri alaraq, Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.