Bu gün saat 15:00-a qədər olan məlumata görə, paytaxtda müşahidə olan hava şəraiti ilə əlaqədar 27 nəfər (13 kişi, 14 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.
Məlumata görə, xəsarət alanlardan üçünə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.