Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova onlayn imtahan vaxtı sinif nümayəndəsini təhqir edib.
YeniAvropa xəbər verir ki, direktor imtahan zamanı tələbələrin onlayn reimdən çıxmalı olduğunu dediyi halda, sinif nümayəndəsinin imtahanı tərk etməməsinə əsəbləşərək ona qarşı “şamtutan” ifadəsini işlədib:
“İndi qrupda 5 nəfərdir: Nərgiz xanım, 2 müəllim və mən. Bəs beşinci kimdir? “Sinifkom” burada nə edir ki? Mən dedim ki, tələbələr çıxsın, siz məni dinləmirsiz? Burada müəllimə “sinifkom” tərəfindən nəzarət lazım deyil. Ağzımda deyirəm ki, tələbələr çıxsın. Bu nə özbaşınalıqdır, siz edirsiz? İndi mən imtahanı dayandıraram, baxarsız. “Sinifkom” tələbə sayılmır? Bizə “şamtutan” lazım deyil. 3-3 uşaqlar daxil olurlar. 1 asistent var, müəllim var, Nərgiz xanım var. Sinif nümayəndəsi nə üçündür ki?”.
Təhsil Nazirliyinin direktorla bağlı hansı qərarı verəcəyi böyük maraq doğurur.