logo

Azərbaycanın İstanbulda ticarət nümayəndəliyi yaradılacaq

18:28 18-02-2021 | icon 2331
Azərbaycanın İstanbulda ticarət nümayəndəliyi yaradılacaq

Azərbaycanın İstanbuldakı baş konsulluğunda yaxın gələcəkdə ticarət nümayəndəliyi yaradılacaq.

 YeniAvropa xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov  fevralın 18-də Ankarada keçirilən Türkiyə-Azərbaycan Biznes Forumunda  çıxışı zamanı məlumat verib.

Nazir deyib ki, bu, Azərbaycanın qardaş Türkiyə ilə iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə töhfə verəcək.