logo

Əhalinin banklardakı əmanətləri 8,18 milyard manatatadək  artıb

10:28 18-02-2021 | icon 2492
Əhalinin banklardakı əmanətləri 8,18 milyard manatatadək  artıb

Mərkəzi Bankın məlumatına görə, yanvarın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği dekabr ayı ərzində 269,7 milyon manat artaraq 8 milyard 177,9 milyon manat təşkil edib.

YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.Qeyd edilib ki, əmanətlərin 50,8 faizi xarici, 49,2 faizi isə milli valyutada qoyulub.

Yanvarda ayında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 avroya 2,07 manata, 100 türk lirəsinə 23 manata, 100 rus rubluna 2,29 manata bərabər olub.