logo

29 yaşlı qadın özünü Kür çayına atdı

20:21 16-02-2021 | icon 3262
29 yaşlı qadın özünü Kür çayına atdı

Fevralın 16-da Mingəçevir şəhəri H.Əliyev prospektində 1992-ci il təvəllüdlü Lətifova Əminə Rasim qızı Kür çayının üzərindəki körpüyə çıxaraq intihar məqsədilə özünü çaya atıb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, həmin vaxt təsadüfən ərazidə olan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Aran dalğıc-axtarış qrupunun məzuniyyətdə olan xilasedicisi Dosməmməd Dosməmmədov heç bir xilasetmə vasitəsi olmadan suya tullanaraq vətəndaşın həyatını xilas edib.