Şuşa qalasının bərpasına başlanılıb.
YeniAvropa xəbər verir ki, bərpa prosesinə 22 mütəxəssis cəlb olunub.
İlkin mərhələdə görülən işlərin gələn ayın sonlarına yekunlaşacağı gözlənilir. İşlər yekunlaşdıqdan sonra növbəti mərhələdə daha geniş bərpaya başlanılacaq.
Qeyd edək ki, Qarabağ xanı Pənahəli xan 1750-ci ildə Şuşa qalasının tikintisinə qərar verib və Qarabağ xanlığının mərkəzi bura köçürülüb. Qala sonra uzun müddət mənbələrdə Pənahabad adlandırılıb.
Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Qalanın üç qapısı var. Onlardan Gəncə qapısı öz yüksək memarlıq xüsusiyyətləri ilə seçilir. Qala dairəvi mühafizə bürclərinə malikdir.