logo

Kəmaləddin Heydərovun həyat yoldaşı 100 minlik tenderi uddu

21:47 10-02-2021 | icon 2478
Kəmaləddin Heydərovun həyat yoldaşı 100 minlik tenderi uddu

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) elan etdiyi tenderin qalibi olub.

 YeniAvropa xəbər verir ki, bu barədə elektron satınalmalar portalında məlumat yerləşdirilib.

Mərkəz ofis yerinin icarəsi üçün tender elan edib və açıqlanan tenderin nəticəsinə görə qalib Heydərova Ruhəngiz Muxtar qızı olub. Dövlət qurumu olan BBMM ofis yerinin icarəsi üçün ona 97 min 680 manat ödəyəcək.

Qeyd edək ki, Ruhəngiz Heydərova SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədridir. O, həm də YAP Qadınlar Şurasının üzvüdür.

Xatırladaq ki,  2020-ci ilin yay ayında BBMM-nin elan etdiyi ofis yerinin icarəsi üçün də qalib Heydərova Ruhəngiz Muxtar qızı olub. 

Ruhəngiz Heydərovanın rəhbərlik etdiyi SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası "Azneft" meydanı yaxınlığında, Bakı Funikulyorunun yanında yerləşir. 

 
Kəmaləddin Heydərovun həyat yoldaşı tenderi uddu  - Dövlət qurumu ona 97 min manat ödəyəcək