Fevralın 19-da məktəb direktorların işə qəbulu üzrə onlayn sınaq imtahanı keçiriləcək. Sınaq imtahanında direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə elektron qeydiyyatdan keçən şəxslər iştirak edə bilərlər.
YeniAvropa xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin əməkdaşı Tükəzban Quliyeva deyib.
Xatırladaq ki, fevralın 10-da dövlət ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır. Sənəd qəbulu fevralın 13-dək davam edəcək.