Dekabrın 25-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət Mərkəzində “İslam sivilizasiya və mədəniyyətinin vəhdəti” adlı sərgi açılacaq. Sərgi Azərbaycan Rəssamlar İttifaqı, İranın ölkəmizdəki səfirliyinin mədəniyyət mərkəzi, Fələstinin ölkəmizdəki səfirliyi və Türkiyə səfirliyinin mədəniyyət və tanıtım müşavirliyinin dəstəyi ilə reallaşacaq.
Bu barədə YeniAvropa-ya sərginin layihə rəhbəri Elnurə İsgəndərova məlumat verib. “Təşkilatçısı rəssam Aygün İsgəndərova olan sərgidə 150 fırça ustasının 200-dək sənət əsəri nümayiş olunacaq. “İslam Həmrəyliyi İli” çərçivəsində reallaşacaq sərgi bir gün davam edəcək. Sonda fırça ustaları diplom və sertifikatlarla təltif olunacaqlar”, - deyə E. İsgəndərova söyləyib.