Fevralın 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu ərazisində dəmirəritmə sexində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub.
YeniAvropa xəbər verir ki, bu barədə FHN-in sdən bildirilib.
Qeyd edilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Görülmüş operativ tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və sex yanğından mühafizə olunub.
Yanğın nəticəsində ümumi sahəsi 9 kvadratmetr olan nasosxananın yanar konstruksiyaları, elektrik kabeli 3 poqonmetr, ərazidə mazut qalıqları 60 kvadratmetr sahədə və 2 ədəd 50 litrlik propan qaz balonu yanıb, partlayışın zərbəsindən nasosxananın divarları dağılıb.
Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.