logo

Fevralın 17-dən "AZAL"la Moskvadan Bakıya kimlər gələ bilərlər?

16:29 04-02-2021 | icon 2408
Fevralın 17-dən "AZAL"la Moskvadan Bakıya kimlər gələ bilərlər?

Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) xarici ölkələrdən Bakıya yerinə yetirdiyi xüsusi reyslərə Azərbaycan vətəndaşları ilə yanaşı, hansı şəxslərin buraxıldığı açıqlanıb.

YeniAvropa  “Azərbaycan Hava Yolları” QSC-yə istinadla xəbər verir ki, həmin şəxslər aşağıdakılardır:

- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri

- valideynlərdən biri, həyat yoldaşı və ya azyaşlı övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər

- Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələr.

Qeyd edək ki, AZAL fevralın 17-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə xüsusi reyslərin yerinə yetirilməsinə başlayır. Uçuşlar həftədə iki dəfə - həftənin çərşənbə və bazar günləri “Domodedovo” hava limanına yerinə yetiriləcək. Həmin reyslərə aviabiletləri aviaşirkətin rəsmi “www.azal.az” saytında almaq mümkündür.