Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumların birgə tədbirləri davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindənYeniAvropa-ya verilən məlumata görə, məsələ ilə əlaqədar AQTA və Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti ("Rosselxoznadzor") arasında aparılan müzakirələr, ötən ay təsərrüfatlarda həyata keçirilən videomonitorinqlər və məhsullardan götürülən nümunələrin ekspertizası nəticəsində fevralın 5-dən daha 12 pomidor istehsalı müəssisəsindən ("Amoris" MMC, "Alza Holding-1" MMC, "BVB Kənd Təsərrüfatı Müəssisəsi" MMC, “H and M Agro" MMC, "Aqroinnova" MMC, "Agro" MMC, "Agro-Land-Az" MMC, "A-Alyans" MMC, "Paradise Agro MMC, "T Tomates" MMC, "Kürdəmir Agro" MMC və Quliyev Bəşir Şain oğluna məxsus müəssisələrdən) pomidor ixracına icazə verilib.
Hazırda AQTA ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti arasında bu istiqamətdə müzakirələr davam edir.