Ümumi təhsil müəssisələrində koronavirusa (COVID-19) yoluxma halları ilə bağlı son vəziyyət açıqlanıb.
Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, 5 şagirdin bədən hərarəti 37 dərəcədən yuxarı olub. Həmçinin 4 şagird, işçi heyətdən isə 1 nəfər koronavirusa yoluxub.