“Bakcell” Bakıda yeni konsept mağazasını təqdim etdi
“Bakcell” Bakı şəhərində, Nəriman Nərimanov metro stansiyasının yaxınlığında yeni konsept mağazasını istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni dükan özündə nömrə və aksessuar satışı ilə yanaşı müştəri xidməti funksiyasını birləşdirərək ən innovativ “hər şey bir arada” konsepsiyası əsasında qurulub.
YeniAvropa xəbər verir ki, Təbriz küçəsi 108 ünvanında yerləşən yeni “Bakcell” mağazasının açılmasında əsas məqsəd abunəçiyə daha yaxın olmaqdır. Yeni mağaza müştəriyönümlü yanaşmadan istifadə edərək “Bakcell”in yenilənmiş brend qaydalarına uyğun olaraq dizayn edilib, bu isə ziyarətçilər üçün isti bir atmosferin yaradılması üçün imkan yaradıb.
Müştəri və satış məsləhətçisinin bir arada olması və interyerin sadə zona bölgüsü sayəsində müştərilər üçün bütün lazımi məlumatlar daha əlçatan olub, müştəri xidməti təmsilçiləri və dükan əməkdaşları ilə ünsiyyət isə daha da asanlaşıb. Yeni dükanda “Bakcell”in bütün məhsul və xidmətləri ilə yanaşı, geniş çeşiddə telefon aksessuarları da təqdim edilir. Bundan əlavə, müştərilər burada Bakcell müştəri xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.
“Biz daim çalışırıq ki, “Bakcell”in məhsul və xidmətlərini həm Bakı ərazisində, həm də Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərimiz üçün daha əlçatan edək. Bu fəaliyyətin davamı olaraq bu gün biz böyük məmnuniyyətlə Bakı şəhərinin mərkəzində yeni konsept mağazasını təqdim edirik. Burada bütün xidmət prosesi “hər şeyin mərkəzində müştəri dayanır” yanaşması üzərində qurulub. “Müştəri yönümlülük” adlanan bu standartı Azərbaycanda tətbiq etmiş ilk şirkətlərdən biri “Bakcell”dir. Planımız biznesimizi sistematik qaydada rəqəmsallaşmaya doğru aparmaqla müştərilərə daha çox rahatlıq verməkdir. Müştərilərlə ünsiyyət prosesinin daha rahat və effektiv olması üçün maksimal dərəcədə rəqəmsallaşmalıdır. Biz bunu öz “Mənim Bakcellim” mobil tətbiqini istifadəyə verməklə əyani şəkildə nümayiş etdirmişik”, - deyə “Bakcell” şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.
Qeyd edək ki, dükanın açılışı günündən bir həftə ərzində keçiriləcək xüsusi kampaniya çərçivəsində yeni “Bakcell” mağazasında əldə olunan bütün aksessuarlara 20 faiz endirim təqdim edilir.
Yeni “Bakcell” mağazasının müştərilərini mobil rabitə xidmətlərinə aid bütün məsələlərlə kömək etməyə hazır olan xüsusi hazırlanmış əməkdaşlar qarşılayacaq.
“Bakcell” şirkəti özünün üstün müştəri təcrübəsi və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə daha yaxın etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək. Şirkət bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.
Azərbaycanın ilk mobil operatoru “Bakcell” şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir. Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik “www.bakcell.com” internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün “www.bakcell.com/az/news” (və ya ingilis dili üçün “www.bakcell.com/en/news”) səhifəsinə daxil olun.
Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib