logo

"Siz suyu 70 qəpik yox, 1 manatdan hesabayın"-Ekspert şərhi

18:13 31-01-2021 | icon 2786
"Siz suyu 70 qəpik yox, 1 manatdan hesabayın"-Ekspert şərhi

Fevralın 1-dən suyun qiymətinin 2 dəfə artırılacağı barədə məlumat vermişdik.  Belə ki, Tarif Şurasının bu gün qəbul etdiyi qərara əsasən sabahdan  Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonlarında yaşayan əhali qrupu üçün  istehlak etdiyi suyun hər kubmetri 70 qəpikdən,  tullantı sularının (kanalizasiya ) axıdılması xidmətinin tarifi isə 30 qəpikdən hesablanacaq. Amma, burda maraqlı bir məqam yaranır. Əhalinin mənzilinə daxil olan suyun heç də hamısı tullantı olaraq kanalizasiyaya axıdılmır-müxtəlif məqsədlər üçün istifadə olunur.Ödəməyə gəlincə isə, kanalizasiya xəttində ayrıca sayğaq quraşdırılmadığından, əhali onu mənzilə daxil olan su sərfiyatı hesabı ilə ödəməli olacaq.

YeniAvropa xəbər verir ki, bu məsələni iqtisadçı ekspert Rövşən Ağayev özünün "Facebook" hesabında ətraflı izah edib: 

" Tarif Şurası yapdı yenə yapacağını...
Hökumət suyun qiymətini 2 dəfə artırdı. Əslində istehlak olunan suyun qiymətini 70 qəpik yox, 1 manatdan hesablayın. Çünki hökumət mənzildə nə qədər su istehlak eləsəniz, onu kanalizasiya və qeyri-kanalizasiya istehlakı kimi ayırmır - bütün istehlakı içməli su və kanlizasiya tarifinə birlikdə vuraraq qəbzdə cəmi ödəməli olduğumuz haqqı yazır. Yəni su kranınız açıldğı an, tarif 1 manatdan hesablayır. Sayğac onu kanalizasiya və qeyi-kanalizasiya məqsədli su kimi ayırıb haqq hesablamır. 
Məsələn, sizin ailə ayda 10 kub su işlədib, onun 1 kubu şəxsi istehlaka, mənzilinizdəki güllərinizi suvarmağa getsə də, həmin 1 kuba da kanalizasiya xidmətinin tarifi əlavə olunmaqla ödəniş hesablanacaq.
Azərbaycan vətəndaşının büdcəsi üçün 1 manat su haqqı çox yüksəkdir. Hətta çox insafsız şəkildə minkmum istehlak normaları tətbiq olunan mimimum xidmətlər səbətində hər ay bir sakin üçün 10 kub istehlakı nəzərdə tutulur. 4 nəfərlik ailə üçün minimum 30 kub işlənir - hətta israfçılıq olmadan belə. Bu 30 manat edəcək.
Kommunal xidmət şirkətləri boğaza qədər korrupsiyanın içərisində olmasa idi, adi bir şöbə rəhbəri 100-150 minlik maşında gəzməsə idi, hesabatlılıq və şəffaf qiymət əmələgəlmə sistemi olsa idi, xidmətlər keyfiyyətli olsa idi, qiymətərin hətta bahalığı belə insanları indiki qədər narazı qalmazdı. 
Hökumət ciddi və real islahatlar aparmadan iqtisadiyyatın ağır yükünü vətəndaşların çiyninə yükləyir. Məmurların vətəndaşın cibindən hiss olunur ki, real məlumatları yoxdur. Müstəqil araşdırmaları qoyuram kənara, özünüzün hələ də az-çox qalan peşəkar məmurlarınızdan soruşun ki, niyə bu ölkədə az qala 5 ildir ailə büdcələrinin qənaəti mənfi zolağa keçib. Bu göstəricinin hansı real vəziyyətin nəticəsi olduğunu onlar sizə deyəcək"...