Azərbaycana növbəti beynəlxalq tanıtım gətirən şirkət “Azercell” oldu
Ölkənin ən qabaqcıl mobil rabitə təminatçısı “Azercell Telekom”un həm telekommunikasiya, həm xidmət keyfiyyəti, həm də cəmiyyətin və insanların inkişafı sahəsində fəaliyyəti uzun müddətdir ki, beynəlxalq qurum və təşkilatların diqqət mərkəzindədir.
Şirkət güclü korporativ idarəçilik və mədəniyyətin, eləcə də, insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq “Investors in People” (IIP) - İnsana Sərmayə Standartının əsas 9 fəaliyyət göstəricisi üzrə dəyərləndirilərək bu dəfə ən yüksək pillə hesab edilən Platin sertifikatına layiq görülüb. “İnsana Sərmayə” standartı şirkət perfomansının inkişafı, işçilərin müasir inkişaf imkanları ilə təmin edilməsi, onların qərar qəbuletmə prosesinə cəlb edilməsi, işçi potensialına fokuslanan effektiv idarəetmə kimi prinsipləri ölçür və daha da inkişaf etdirməyə təşviq edir. “Azercell” ölkəmizdə Platin sertifikat qazanan ilk şirkət olmaqla yanaşı, MDB məkanında da belə bir uğura imza atan yeganə şirkətidir. Qeyd etmək lazımdır ki, Platin sertifikatı adıçəkilən akkreditasiya mərkəzinin ən yüksək dəyərləndirmə səviyyəsidir və hazırda dünyada fəaliyyət göstərən şirkətlərin yalnız 2 faizi bu statusa layiq görülüb.
“Azercell Telekom” yarandığı ilk gündən etibarən həm bütövlükdə korporativ idarəetmə sahəsində, həm də İnsan Kapitalının idarə olunmasında beynəlxalq təcrübədən yararlanıb. Şirkətin bu sahədə apardığı bütün proseslər, prosedurlar və mövcud idarəçilik sistemi ən müasir beynəlxalq təcrübəyə uyğundur. İlk dəfə olaraq şirkətimiz bu Sertifikatın alınması üçün irəli sürülən tələblərin hamısına cavab verərək 2004-cü ildə həmin Standartı, 2011 və 2014-cü illərdə isə Gümüş, 2018-ci ildə isə Qızıl Sertifikata layiq görülüb. Ötən il keçirilən sertifikasiya zamanı isə “Azercell” güclü performans göstərməklə işçilərini yüksək səviyyədə idarə etdiyini beynəlxalq səviyyədə bir daha sübut edərək, Platin Sertifikatına layiq görülüb. Onu da vurğulayaq ki, 1996-2020-ci illər ərzində insan qaynaqlarının inkişafına şirkət tərəfindən toplam 25 milyon 886 min 353 ABŞ dolları həcmində sərmayə yatırılıb.
Qeyd edək ki, İnsan Resurslarının İdarə Edilməsi üzrə “Investors in People” Sandart ilk dəfə 1991-ci ildə İngiltərədə tətbiq edilməyə başlayıb. Beynəlxalq səviyyədə mövcud olan Standart 30 illik fəaliyyəti nəticəsində dünya üzrə 66 ölkə və 50 mindən çox təşkilatı əhatə edir.
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib