logo

Azərbaycandan Qazaxıstana pomidor ixracı bərpa olunub

19:31 29-01-2021 | icon 2240
Azərbaycandan Qazaxıstana pomidor ixracı bərpa olunub

Qazaxıstan Respublikasına ixrac olunan pomidor məhsullarına tətbiq edilmiş məhdudiyyətlərin aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

Məsələ ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlarla birgə Qazaxıstan Respublikasının müvafiq qurumları arasında aparılan danışıqlar, həmçinin agentliyin mütəxəssisləri tərəfindən müxtəlif təsərrüfatlar, yük partiyaları və daxili bazarlarda satışa çıxarılan pomidor məhsullarından götürülən nümunələrdə qonur qırışıqlıq virusu və digər viruslar aşkar olunmadığını əks etdirən sübutlara əsasən yanvarın 29-dən həmin ölkəyə pomidor ixracı ilə məşğul olan 40 müəssisəyə ixrac üçün icazə verilib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən YeniAvropa-ya bildirilib ki, eyni zamanda həmin virusun bir sıra dünya ölkələrində yeni karantin tətbiq olunan zərərli orqanizm kimi müəyyən olunması nəzərə alınaraq bu virusun tədqiqi ilə əlaqədar hər iki ölkənin mütəxəssislərindən ibarət işçi qrupunun yaradılması ilə bağlı qarşılıqlı razılıq əldə olunub.

Bildirilir ki, ixrac üçün icazə verilən hər bir təsərrüfatın məhsul partiyalarından Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qonur qırışıqlıq virusu üzrə müayinələr aparılacaq və müayinələrin nəticələrinə uyğun olaraq müvafiq sertifikatla təmin olunan sahibkarlıq subyektləri bu ölkəyə pomidor məhsulu ixrac edəcəklər.

Hazırda Qida Təhlükəsizliyi Agentliyi ilə Qazaxıstan Respublikasının müvafiq qurumları arasında müzakirələr davam etdirilir.