Bir qədər əvvəl paytaxtın heydər əliyev prospektində 218 milyon avroya Azərbaycan Mərkəzi Bankı (AMB) üçün yeni inzibati binanın tikintisi barədə məlumat vermişdik.
YeniAvropa xəbər verir ki, bu gün onlayn keçirdiyi mətbuat konfrasında AMB sədri Elman Rüstəmov rəhbərlik etdiyi qurum üçün yeni inzibati bina tikilməsinə münasibət bildirib.
“Biz yeni inzibati binamızı öz vəsaitimiz hesabına tikəcəyik. Mənim bu bina ətrafında gedən müzakirələrdən xəbərim var. Onu qeyd edim ki, son 3 ildə dövlət büdcəsində 7,8 milyard manat vəsait köçürmüşük. Bu il isə 250 milyon manat köçürməyi düşünürük”, - deyə Elman Rüstəmov vurğulayıb.