2021-ci ilin sentyabr ayında Dövlət İmtahan Mərkəzi tərəfindən buraxılış imtahanı (payız, təkrar), dövlət qulluğuna qəbul imtahanın test mərhələsi, rezidenturaya qəbul imtahanı (2-ci mərhələ) keçiriləcək.
YeniAvropa xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə yanvarın 29-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, sanitar-epidemioloji vəziyyətlə əlaqədar təqvim planı dəyişə bilər. İmtahanların keçirilmə ardıcıllığı dəyişməsə də, tarixlərə həmin dövrdəki vəziyyətlə əlaqədar yenidən baxıla bilər.