Uşaq Paralimpiya Komitəsi ötən il reallaşdırdığı təşəbbüsləri açıqlayıb
2014-cü ildən etibarən “Azercell”in dəstəyi ilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi (UPK) pandemiya şəraitində belə fəaliyyətini dayandırmayıb. 2020-ci ildə komitənin məşqçiləri virtual təlimlər təşkil edərək uşaqlarla onlayn qaydada məşğul olublar. Bu da balaca idmançıların aktivliyini saxlamağa, onlarda ruh düşkünlüyünün yaranmasının qarşısının alınmasına kömək edib.
Məhdudiyyətlərə baxmayaraq, 2020-ci ildə komitənin həm də regional bölmələri fəaliyyətə başlayıb. Belə ki, ötən il UPK-nin Lənkəran, Ağcabədi, Gəncə və Qusardakı şöbələri yaradılıb. Burada cüdo, pauerliftinq, dağ xizəyi və snoubord idman növləri üzrə seksiyalar fəaliyyətə başlayıb və ilkin seleksiya işləri aparılıb. Artıq bu bölgələr üzrə komitəyə üzv olan uşaqlarla məşqlərə də başlanılıb.
COVID-19 virusunun yayılması ilə əlaqədar ölkəmizdə bütün kütləvi tədbirlər təxirə salındığından, ötən il uşaq paralimpiyaçılar arasında ənənəvi yekun yarışma baş tutmayıb. Lakin Uşaq Paralimpiya Oyunlarının təşkili üçün nəzərdə tutulan vəsait uşaqlar üçün yeni idman alətlərinin - boccia üzrə idmançılara yüksək keyfiyyətli topların alınmasına yönəldilib.
2020-ci ildə Uşaq Paralimpiya Komitəsinin fəaliyyətindəki yeniliklərdən biri də ilk dəfə olaraq uşaqlar üçün qış idman növlərinin - dağ xizəyi və snoubord əlavə olunmasıdır. Qeyd edək ki, indiyədək Uşaq Paralimpiya Komitəsi tərəfindən 8 idman növü üzrə məşqlər keçirilirdi. Bura cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsləri daxildir.
Komitənin işindəki yeniliklərdən biri də uşaq paralimpiyasına daha çox idmançı cəlb etmək məqsədilə valideynlərdən ibarət “Valideyn klubu”nun yaradılmasıdır.
2020-ci il ərzində sağlamlıq imkanları məhdud daha 40-a yaxın uşaq UPK-nin sıralarına qatılıb. Ümumiyyətlə, UPK-nin səyi ilə 7 ildən çox müddətdə fiziki məhdudiyyətli 160-dan artıq uşaq və yeniyetmənin 10 idman növü üzrə kütləvi idman tədbirlərində, yerli və beynəlxalq səviyyəli yarışlarda fəal iştirakına nail olunub.
Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Komitə sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edir. "Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.
Azərbaycan 3 ildə bərpaolunan enerjini 33 faizə çatdıracaq
“SOCAR” “Holcim Azerbaijan”la
Anlaşma Memorandumu imzalayıb
UEFA Millətlər Liqası: Azərbaycan Estoniya yığmasını qəbul edəcək
Azərbaycan nefti 74,14 dollara satılır
Avropa Kuboku: “Qarabağ” bu gün növbəti matçına çıxacaq
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib