Bu gün səhər saatlarında Bakının Binəqədi şossesində yol nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, “Manella MMC”nin müvəqqəti istismarındakı 108 A saylı müntəzəm marşrut xətti üzrə hərəkət edən 10 TG 635 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu betonqarışdıran avtomobillə toqquşub.
Hadisə ilə bağlı Agentlik araşdırma aparır. Qurumun əməkdaşları hadisə yerinə yollanıb. “Manella"nın rəhbəri Qurbanəli İsmayılov Agentliyə çağırılıb.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından jurnalistlərə bildiriblər ki, toqquşma nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. 1 nəfər isə hospitalizasiyadan imtina edib.
Yaralıların vəziyyəti orta-ağır kimi qiymətləndirilir.