Fevralın 1-də tədris bərpa olunacağı zaman məktəblərdə bufetlər fəaliyyət göstərməyəcək.
YeniAvropa xəbər verir ki, bu barədə tədrisin ənənəvi formasının bərbası ilə bağlı onlayn seminarda Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.
O qeyd edib ki, Nazirlər Kabinetinin sentyabr ayında verdiyi qərarla pandemiya dövründə məktəblərdə bufetlərin fəaliyyəti müvəqqəti dayandırılıb.
“Bu qərar hələ də öz qüvvəsində qalır”,-deyə Təhsil Nazirliyinin şöbəsinin müdiri bildirib.