Bakıda daha bir intihar hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə yanvarın 26-ı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində qeydə alınıb.
Belə ki, Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxrmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.
Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
Xatırladaq ki, ötən gün paytaxtda qadın 16-cı mərtəbədən özünü ataraq intihar edib.