logo

Paytaxtda gənc qadın özünü hündürmərtəbəli binadan atdı-VİDEO

18:58 24-01-2021 | icon 2968
Paytaxtda gənc qadın özünü hündürmərtəbəli binadan atdı-VİDEO

Paytaxtın Nərimanov rayonu ərazisində intihar hadisəsi qeydə alınıb.

YeniAvropa xəbər verir ki, hadisə bu gün saat 15-00 radələrində baş verib.

Hələlik kimliyi dəqiqləşməyən qadın özünü hündürmərtəbəli binadan atıb.

Hadisə Əliyar Əliyev küçəsində, "Azenko"nun inşa etdiyi binalarının birində baş verib. 

Onbeşinci mərtəbədən özünü atan qadının hansı səbəbdən intihar etməsi barədə məlumat əldə etmək mümkün olmayıb.

Binanın qarşısında dayanmım avtomobilin üzərinə düşən qadının elə hadisə yerində keçindiyi bildirilir.