Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Astara rayonu ərazisində Hirkan Milli Parkında yanğın baş verməsi barədə məlumat daxil olub.
YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən(FHN) bildirilib. Qeyd edilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri əraziyə cəlb olunub. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları kömək göstərirlər.
Məlumatda qeyd olunub ki,yanğınsöndürmə işləri mürəkkəb relyef şəraitində aparılır. İlkin məlumata görə, təqribən 2 hektar sahədə xəzəl, kol-kos və qurumuş ağac kötükləri yanır.
Əlavə məlumat veriləcək.