logo

AzTV-nin binasında tavan çökdü:bir nəfər öldü

22:10 25-12-2020 | icon 3857
AzTV-nin binasında tavan çökdü:bir nəfər öldü

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin inzibati binasında bədbəxt hadisə baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə qurumun Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, hadisə bu gün axşam saatlarında qeydə alınıb. QSC-nin ərazisində olan üçmərtəbəli binada otaqlardan birinin tavanı çöküb. Nəticədə Videomateriallar şöbəsinin texniki işçisi, 1996-cı il təvəllüdlü Gülverdi Gülverdiyev ölüb.

Allah rəhmət eləsin!