Aprelin 4-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Könül Xasıyevaya Prezidentin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. YeniAvropa xəbər verir ki, görkəmli müğənni Könül Xasıyeva Prezidentin fərdi təqaüdünə Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə layiq görülüb.