ABŞ səfiri Robert Sekuta “Günbəzli hamam” tarixi abidəsinin açılışında
Quba şəhərindəki XVIII-XIX əsrlərə aid “Günbəzli hamam” tarixi abidəsinin bərpası başa çatıb.
YeniAvropa xəbər verir ki, martın 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev,ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta və xanımı Anna Sekuta tarixi abidənin bərpadan sonra açılış mərasimində iştirak ediblər.
Təmir-bərpa işləri Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.
İki günbəz və 9 hücrədən ibarət olan qədim tikilinin fasadı tamamilə yenilənib, dam örtüyü dəyişdirilib. Tarixi abidənin bərpası zamanı onun xarici görünüşündə dəyişiklik edilməyib. Təmir və bərpa işləri qədim hamamın daxilində də aparılıb. Bişmiş qırmızı kərpicdən tikilən hamam binasının bərpası zamanı o dövrün memarlıq ənənələrindən istifadə edilib. Belə ki, bərpa zamanı sementi gil və əhəng kimi tikinti materiallar əvəzləyib. Bununla yanaşı, təmir prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılıb.
Nazir Əbülfəs Qarayev çıxışı zamanı Azərbaycanda bütün tarixi abidələrin dövlət tərəfindən qorunduğunu, bu tikililərin milli sərvətimiz olduğunu qeyd edib. Ə.Qarayev bildirib ki, xalqımızın memarlıq istedadından xəbər verən abidələr turizmin inkişafında da mühüm əhəmiyyətə malikdir.
“Günbəzli hamam” abidəsində aparılan bərpa işləri ilə yaxından tanış olan səfir həyata keçirilən layihənin xalqlarımız arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini qeyd edib. Bildirilib ki, ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondu 2001-ci ildən etibarən dünyanın yüzdən çox ölkəsində müxtəlif qədim və tarixi binaların, nadir əlyazma və muzey kolleksiyalarının, məhv olmaq təhlükəsi ilə üzləşən arxeoloji ərazilərin, eləcə də müxtəlif mədəni irs nümunələrinin qorunmasına dəstək verib.
Abidə bərpadan sonra muzey kimi fəaliyyət göstərəcək. Qədim hamam binasında müxtəlif sənətkarlıq nümunələrinin sərgisi təşkil ediləcək.
“Günbəzli hamam” Şərq memarlıq üslubunda tikilib. Böyük və kiçik olmaqla, iki tağdan ibarətdir. Geniş salonu olan hamamın istilik sistemi odunla işləyib. Tarixi abidə özündə Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını nümayiş etdirir.
1985-ci ilədək əhalinin istifadəsində olan hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib