1956-cı ildə İsveçrənin Luqano şəhərində keçirilmiş ilk “Eurovision” mahnı müsabiqəsinin qalibi – İsveçrənin estrada müğənnisi Lis Assia 94 yaşında Sürix şəhərində xəstəxanada vəfat edib.
YeniAvropa "TASS" informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə müğənninin sabiq katibi Jan Ayxenberger “Blick” qəzetinə məlumat verib.
Lis Assianın “Eurovision” mahnı müsabiqəsində ifa etdiyi “Refrain” mahnısı onun karyerasında ən böyük uğur olub. Bu qələbədən sonra müğənnini yarışmaya tez-tez qonaq kimi dəvət ediblər. O, Bakıda keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsində də fəxri qonaq qismində olub.