Astara rayonunda bıçaqlanma hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, hadisə rayonun Maşxan kəndində baş verib.
Belə ki, kənd sakini 1960-cı il təvəllüdlü Nadir Mirzəmməd oğlu Axundov əslən Şahağaçı kəndindən olan gəlini 1995-ci il təvəllüdlü Aysel Kazım qızı Axundova tərəfindən bıçaqlanıb.
Yaralı Lənkəran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Sol kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulan N.Axundov əməliyyat olunub.
Faktla bağlı araşdırma aparılır.