logo

Kastamonutürk dünyasının yeni mədəniyyət paytaxtı

23:58 21-03-2018 | icon 5187
Kastamonu- türk dünyasının yeni mədəniyyət paytaxtı

Türkiyənin Kastamonu şəhərində, bu şəhərin 2018-ci ildə türk dünyasının mədəniyyət paytaxtı elan olunmasının rəsmi açılışı və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən Novruz bayramına həsr olunan tədbir keçirilib.

YeniAvropa xəbər verir  ki, mərasimdə Türkiyənin baş naziri Binəli Yıldırım, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş, Kastamonu valisi Yaşar Karadeniz, Kastamonu bələdiyyəsinin sədri Tahsin Babaş çıxış ediblər.

Türk xalqlarını Beynəlxalq Novruz Günü münasibətilə təbrik edən çıxışçılar Kastamonu şəhərinin türk dünyasının mədəniyyət paytaxtı elan olunmasının əhəmiyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, bu ənənə türkdilli ölkələrin qədim şəhərlərinin həm türk dünyasında, həm də beynəlxalq miqyasda tanınmasında mühüm rol oynayır. Türk dünyasının mədəniyyət paytaxtı seçilməsi Kastamonunun turistlər üçün cəlbedicilyinin təmin edilməsində də mühüm rol oynayacaq. Ümumiyyətlə, mədəniyyət paytaxtı statusunu qazanmaq, bundan əvvəlki şəhərlər kimi, Kastamonunun da qədim tarixinin və mədəniyyətinin tanınmasında böyük imkanlar yaradacaq.

Rəsmi açılışdan sonra Novruz tonqalı yandırılıb. Ayrı-ayrı türkdilli xalqlar Novruz ənənələrini nümayiş etdiriblər. Mərasim türk dünyasının ayrı-ayrı məkanlarından gələn musiqi qruplarının çıxışı ilə davam etdirilib.

Azərbaycanı konsert proqramında ”Şərur” xalq yallı və “Halay” folklor ansamblları təmsil edib.