logo

Bakıda 15 yaşlı piyadanı avtomobil vurdu, vəziyyəti ağırdır

21:13 27-08-2020 | icon 5446
Bakıda 15 yaşlı piyadanı avtomobil vurdu, vəziyyəti ağırdır

Paytaxtda ağır xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 YeniAvropa xəbər verir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Hövsan qəsəbəsində 2005-ci il təvəllüdlü Əliyev Emin Azər oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol baldır sümüklərinin açıq qəlpəli sınıqları diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.