Yevlax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.Qeyd olunub ki, Yevlax rayonunun Aran qəsəbəsi ərazisində yolu keçən qəsəbə sakini Fikrət Sultanovu Gəncə şəhər sakini E.Xuduyev idarə etdiyi “KamAZ” markalı avtomobillə vurub. Nəticədə piyada hadisə yerində ölüb.
Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.