logo

Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb

11:31 26-08-2020 | icon 4459
Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb
Ədliyyə Nazirliyinin inzibati binasında yanğın başlayıb.
YeniAvropa xəbər verir ki, bu gün səhər saatlarında paytaxtın İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsində yanğın olub.
 
Nazirliyin əməkdaşları binadan təxliyə olunub.
 
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.
 
Qeyd edək ki,  hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb.