Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizdə - qeyri-çimərlik ərazidə bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub.
YeniAvropa FHN-in saytına istinadla xəbər verir ki, axtarış işlərinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.