logo

Novxanıda piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb

10:11 14-08-2020 | icon 5082
Novxanıda piyadanı vurub öldürən sürücü hadisə yerindən qaçıb

Abşeron rayonunun Novxanı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində 56 yaşlı qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Abşeron rayon Polis İdarəsindən YeniAvropa-ya bildirilib ki, piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən yayınıb. Polis ölən qadının şəxsiyyətini təyin edib. O, Naxçıvan sakini 1964-ci il təvəllüdlü Ələkbərova Tərlan Qəmbər qızıdır.

Hadisənin törədən sürücünün müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.