Tovuz rayonunda həyat yoldaşı tərəfindən bıçaqlanan qadın yerləşdirildiyi xəstəxanada bu gün dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki,hadisə ötən gün rayonun Aşağı Quşçu kəndində baş verib.
Belə ki, həkimlərin ciddi səylərinə baxmayaraq 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, R. Məmmədova həyat yoldaşı, 1986-cı il təvəllüdlü Malik Məmmədəliyev tərəfindən bıçaqlanıb. Hüquq-mühafizə orqanları tərəfindən o tutularaq həbs edilib.