İyulun 8-də Quba rayon Mərkəzi Xəstəxanasından növbədən qayıdan Xudat şəhər Mərkəzi Xəstəxanasının həkimlərinin olduğu “UAZ” markalı avtomobil qəzaya uğrayıb.
YeniAvropa xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun Quba rayonunun Atuc kəndi ərazisindən keçən hissəsində baş verib.
Avtomobilin yoldan çıxaraq aşması nəticəsində 7 tibb işçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 5 nəfərinin xəsarətləri yüngül olduğundan ilkin tibbi yardım göstərilərək ambulator müalicəyə göndərilib. 2 nəfər həkim isə xəstəxanada müalicə alır.
Faktla bağlı araşdırma aparılır.