logo

Salyanda “Toyota” aşdı, sürücü ödlü

13:09 01-07-2020 | icon 5915
Salyanda “Toyota” aşdı, sürücü ödlü

Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, iyulun 1-də saat 1 radələrində Salyan rayonunun Qırxçıraq kəndi ərazisində Bakı şəhər sakini Ruslan Abdullayev idarə etdiyi “Toyota” markalı avtomobil aşıb. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı araşdırma aparılır.