logo

Rus turistlərin ən çox səyahət etdiyi ölkələr arasında Azərbaycan ikincidir

17:25 15-03-2018 | icon 5075
Rus turistlərin ən çox səyahət etdiyi ölkələr arasında Azərbaycan ikincidir

Rusiya paytaxtında Moskva Beynəlxalq Səyahət və Turizm sərgisinin (MİTT 2018) açılışı olub. YeniAvropa xəbər verir  ki,  “Ekspotsentr” Mərkəzi Sərgi Kompleksində təşkil olunan ekspozisiyada Azərbaycanın turizm potensialı böyük stendlə təqdim olunur.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə yaradılan stenddə ölkəmizin 30-dan çox şirkəti, o cümlədən turizm agentlikləri, beşulduzlu hotellər və sağlamlıq mərkəzləri öz məhsullarını və xidmətlərini təqdim edir.Sərginin açılışında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Mədəniyyət və Turizm Nazirliyinin, sərgidə təmsil olunan şirkətlərin və qurumların nümayəndələri iştirak ediblər.

Bu il sərgidə Naftalan sanatoriyalarının stendi yaradılıb. Naftalandan gələn həkimlər ziyarətçilərin suallarına cavab verirlər.

Sərgidə Azərbaycanın yay və qış turizm, dağ-xizək kurortlarının imkanları da geniş təqdim olunub.Burada həmçinin İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu öz suvenir məmulatları nümayiş olunur.

Sərgi çərçivəsində dünyanın turizm sahəsində aparıcı ekspertlərinin iştirakı ilə konfrans keçirilib. Konfransda region ölkələrinin turizm potensialının reytinqi açıqlanıb. Xarici ekspertlər son illər Azərbaycanda turizmin sürətlə inkişaf etdiyini vurğulayıblar.

Ekspertlərin sözlərinə görə, son illər Azərbaycan region ölkələri arasında ən çox turist cəlb edən ölkə olub və buraya gələn turistlərin sayı 60 faiz artıb. Rusiyalı turistlərin ən çox səyahət etdiyi ölkələr arasında Azərbaycan Türkiyədən sonra ikinci yerdədir. Siyahıda üçüncü yeri Gürcüstan tutur.