İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində kənd sakini İ.Bağırlı idarə etdiyi “Fiat” markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə sərnişini Mahir Osmanov hadisə yerində ölüb.
Hadisə ilə bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.