Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
YeniAvropa xəbər verir ki, bu barədə prezident İlham Əliyev martın 13-də müvafiq sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafı və təbliğində uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.