Bu gün səhər saatlarında Bakı-Şamaxı avtomagistralının Qaradağ rayonunun Müşfiqabad qəsəbəsi ərasindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu haqda FHN-dən bildirilib. Qeyd edilib ki, "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə zamanı "Saipa"nın sürcüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüblər.
Yaralılar- 1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev və 1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadə Bakıdakı xəstəxanalardan birinə çatdırılıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Bildirilib ki, ölənlər "Saipa”nın sürücüsü və sərnişinləri olub.