logo

 "Jiquli" idarəetməni itirdi,avtomobil ikiyə bölündü, sürücü öldü

14:10 24-05-2020 | icon 3710
 "Jiquli" idarəetməni itirdi,avtomobil ikiyə bölündü, sürücü öldü

Ağdaş rayonunda bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral avtomobil yolunun 227-ci km-də, rayonun Xosrov kənd ərazisinidə qeydə alınıb.

Belə ki, rayonun Aralbir kənd sakini, 1977-ci il təvəllüdlü Gərayev Niyaz Nizam oğlunun idarə etdiyi “VAZ 21011” markalı minik maşını hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb.

Qəza nəticəsində minik avtomobili iki hissəyə bölünüb, sürücü isə hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.