Paytaxtın Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, Bakı şəhər sakini Taleh Hüseynovun rayon ərazisində idarə etdiyi “Mercedes” və paytaxt sakini N.Bağırovun idarə etdiyi “Ssang-Young” markalı avtomobillər toqquşub. Nəticədə T.Hüseynov xəstəxanaya aparılarkən yolda ölüb. N.Bağırov müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Hadisə ilə bağlı Xətai rayon Polis İdarəsi tərəfindən təhqiqat aparılır.