Üçüncü Bakı Şopinq Festivalının tarixi açıqlanıb
Bakıda üçüncü dəfə təşkil olunacaq şopinq festivalının tarixi açıqlanıb.
Azərbaycan Konqreslər Bürosundan YeniAvropa-ya bildirilib ki, növbəti şopinq festivalı mayın 1-dən 31-dək keçiriləcək. Hər zaman olduğu kimi, yerli əhali və turistlər bu festivalda da iştirak etməklə rəngarəng və əlverişli fürsətlər qazanacaqlar. Budəfəki festivalda Bakıda yerləşən 800-ə yaxın mağaza iştirak edəcək. Alıcılar bu mağazalardan yüksək keyfiyyətli geyim, elektronika, məişət texnikası, mebel, ətriyyat və kosmetika, eləcə də digər məhsulları yalnız Bakı Şopinq Festivalı günlərində mövcud olan xüsusi kampaniya və endirimlərlə əldə edə biləcəksiniz. Festival zamanı həm yerli, həm də xarici vətəndaşlar endirimlərdən faydalanmaqdan əlavə “Baku Shopping Festival – Tax- Free” nişanı olan mağazalardan etdikləri hər 100 AZN-dən çox alış-veriş zamanı Əlavə Dəyər Vergisinin (ƏDV) müəyyən qismini geri ala biləcəklər. Həmin məbləği nağd və bank hesabına - karta köçürmə yolu ilə əldə etmək mümkündür. Beləliklə, Bakı Şopinq Festivalı zamanı bəyəndiyiniz malları digər dövrlərdən qat-qat sərfəli qiymətlərlə ala biləcəksiniz.
Xatırladaq ki, ƏDV qaytarılması yalnız “Baku Shopping Festival – Tax-Free” nişanı olan mağazalarda mümkündür. Bütün bunlarla yanaşı, festival zamanı dəyərli hədiyyələrin oynanıldığı lotereya, həftəsonu əyləncəli oyunlar, moda nümayişləri və digər müxtəlif tədbirlərin təşkili də nəzərdə tutulur.
Qeyd edək ki, Bakı şəhərində yerləşən istənilən mağaza, restoran və kafe Bakı Şopinq Festivalının iştirakçısı ola bilər. Məsələn, müştərilərinə ƏDV qaytarılması imkanı təqdim etmək və ya festivalın təbliğat imkanları vasitəsilə öz brendini tanıtmaq, daha çox yerli və xarici müştəri qazanmaq, habelə ticarət dövriyyəsini artırmaq istəyən sahibkarlar iştirak üçün müraciət edə bilərlər. Festivalın iştirakçısı olmaq istəyənlər [email protected] elektron poçt ünvanı və ya (+99455) 253-63-27, (+99455) 253-63-18 telefon nömrələri ilə əlaqə saxlaya bilər.
Sahibə Qafarova Sankt-Peterburqda Valentina Matviyenko ilə görüşüb
İlham Əliyev iki mərkəzi ləğv edib
Ceyhun Bayramov misirli həmkarı ilə regional məsələləri müzakirə edib
Xaçmazda 4 avtomobil toqquşub: ölən və yaralananlar var
Bakıda yeni iddialı iqlim maliyyəsi məqsədinə dair razılaşma əldə etməliyik-BMT-nin baş katibi
Azərbaycanda meşəçiliklə bağlı beynəlxalq konfrans keçiriləcək
SOCAR “Tree Energy Solutions”la Birgə Tədqiqat Sazişi imzalayıb
İrakli Kobaxidze yenidən Gürcüstanın Baş naziri olacaq
TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Keniyanın “SMACHS” təşkilatı ilə əməkdaşlıq edəcək
UEFA Çempionlar Liqasında çıxış edən 2 klubu cərimələyib
“Yaşıl dünya naminə həmrəylik ilinə” həsr olunmuş veloyürüş keçirilib
Sabah Bakıda 17° isti olacaq
UEFA İsveç–Azərbaycan matçında hakim səhvini etiraf edib
Azərbaycan-Pakistan hərbi əməkdaşlığı müzakirə olunub
Şəhid ailəsi üzvləri ilə bağlı yeni qayda təsdiqlənib
Su üzrə Bakı Dialoqu təşəbbüsünə dair niyyət protokolu imzalanıb
Gələn həftədən Bakıda 46 avtobus marşrutunun fəaliyyəti bərpa edilir
Xüsusi təyinatlılarımız Türkiyədə hərbi təlimə iştirak edirlər
Azərbaycan nefti 74,88 dollara satılır
Qobustan Günəş ES 2026-cı ildə istismara veriləcək
COP tarixində ilk dəfə Su Bəyannaməsini qəbul ediləcək
Avropa çempionatı: Taekvondoçumuz bürünc medal qazanıb
Türkiyə Azərbaycanla yeni Zəngəzur dəhlizi marşrutu üzərində işləyir
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib