Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Lənkəran rayonunun Digah kəndi ərazisində yolu keçən kənd sakini 3 yaşlı Amili Göyşaban kənd sakini M.Əlizadə idarə etdiyi “Hyundai” markalı avtomobillə vurub. Nəticədə uşaq aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Hadisə ilə bağlı Lənkəran şəhər rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.