logo

Göyçay sakininin Bakıda vurduğu piyada ölüb

14:34 16-04-2020 | icon 3913
Göyçay sakininin Bakıda vurduğu piyada ölüb

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Binəqədi rayonunun C.Xəndan küçəsində yolu keçən Bakı şəhər sakini Müşərrəf Verdiyevanı Göyçay rayon sakini S.Salmanov idarə etdiyi “Opel” markalı avtomobillə vurub. M.Verdiyeva xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.